Press "Enter" to skip to content

Cəbrayılda “Təhlükəsiz oyun meydançası- futbol festivalı” keçirilib

Xatirə fotosu

BAYRAQDAR MEDİA – “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq çərçivəsində icra etdiyi “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” layihəsinin davam etdirir.

Layihə çərçivəsində uşaq və yeniyetmələr arasında Cəbrayıl şəhərində “Təhlükəsiz oyun meydançası- futbol festivalı” həyata keçirilib. Festivalın əsas məqsədi idman festivalı vasitəsilə uşaqların idmanla maarifləndirmənin təşkili və işğaldan azad edilmiş ərazilərdə salınmış yaşayış məntəqələrində yaradılmış oyun meydançasından istifadənin təşviqi həyata keçirilməsi olub. Festival vasitəsilə işğaldan azad edilmiş ərazilərin yaxınlığında yerləşən mina və partlamamış hərbi sursatlarla çirkləndirilmiş ərazilərdə uşaq və yeniyetmələrin oynamasının və icazəsiz səfər etməsinin təhlükələrini bir daha anlayıblar. Layihə ekspertinin də iştirak etdiyi tədbirdə idman vasitəsilə maarifləndirmə vasitəsilə uşaqlar arasında sosial əməkdaşlıq əlaqələrinin qurulmasına, yeni dostlar qazanmasına, komanda işi bacarıqlarının formalaşmasına və idman vasitəsilə maarifləndirmə işlərinin aparılması həyata keçirilmişdir. Festivalda 4 komandadan ibarət mini futbol yarışları Olimpiya sistemi (çıxarma sistemi) mərhələsi üzrə keçirilmişdir.

İştirakçılar yarışlara əvvəlcədən hazırlanmış və mina təhlükəsinə dair çağırışlar yazılmış vərəqələrlə və idman köynəyi ilə qatıləblar. 1-ci yeri tutan 8 nəfərlik qalib mini- futbol komandasına qiymətli hədiyyələr və kubok, digər 3 komandada təmsil olunan 24 nəfərə isə hədiyyələr, futbol topları təqdim olunub və yarışların bağlanış tədbiri keçirilib. Festival zamanı, çay-kofe fasiləsi, foto və vedioçəkiliş həyata keçirilib. Festival işğaldan azad edilmiş Cəbrayıl şəhərində keçirilib və yarışlara Cəbrayıl şəhəri ilə bərabər doğma yurdlarına qayıtmış yaxın kəndlərdən komandalarda qatılıbdır. Tədbirlərin keçirilməsi ilə bağlı əvvəlcədən müvafiq yerlərdə elanlar yerləşdirilib və tamaşaçı kütləsi yarışları izləyib. Bu da işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış daha çox sakinin, yeniyetmə və gənclərin dolayısı ilə idman vasitəsilə maariflənməsinə səbəb olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.