BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi (SXA) bu ilin yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “onlardan 52,9 min şəxsə ambulator, 24,8 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib. Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir”.
Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.





İlk şərhi yaza bilərsiniz