BAYRAQDAR MEDİA – Sentyabrın 22-də Qaradağ rayonunun Puta qəsəbəsində “Puta” idman zalı və minifutbol meydançasının açılışı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin üzvü Aydın Hüseynov və Puta qəsəbə sakinləri iştirak ediblər. F.Qayıbov idman zalı və minifutbol meydançasında yaradılmış şəraitlə tanış olub, burada məşqlərin və yarışların təşkili üçün yaradılan imkanlarla maraqlanıb”.
Bildirək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən GİN-in sifarişi ilə inşa olunan zalda voleybol, basketbol, badminton, güləş, boks, gimnastika, stolüstü tennis, bilyard, fitnes və şahmat üzrə məşqlərin və yarışların keçirilməsi üçün müvafiq şərait yaradılıb. Bundan əlavə, kompleksin ərazisində minifutbol meydançası və köməkçi sahələr yaradılıb.






İlk şərhi yaza bilərsiniz