Press "Enter" to skip to content

Lykos Yarı Marafonunda 15 min iştirakçı hədəflənir

BAYRAQDAR MEDİA – Denizlidə Pamukkalenin tarixi və təbii gözəlliklərini qlobal qaçış mədəniyyəti ilə birləşdirən 2-ci Lykos Yarı Marafonunun təqdimat mərasimi keçirilib. Denizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən marafonun 25 oktyabr 2026-cı ildə minlərlə idmançını qəbul etməsi nəzərdə tutulur.

Bu barədə denizlikenthaber.com saytı məlumat yayıb.

Məlumata görə, Bələdiyyənin baş katibi Bülent Bozbaş bu il yarışda 15 mindən çox iştirakçının yer almasını hədəflədiklərini bildirib. Tədbirdə Türkiyə Atletika Federasiyasının rəhbərliyi, Denizli millət vəkili Şərəf Arpaçı, milli idmançılar və idman mediasının nümayəndələri iştirak ediblər.

Marafon proqramı 24 oktyabrda ənənəvi Makarna Partisi ilə başlayacaq, əsas yarış və mükafatlandırma mərasimi isə 25 oktyabrda keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.