BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ekskursiya zamanı ahıllar qoruğun ərazisi ilə yaxından tanış olublar, qədim yaşayış məskənləri, memarlıq nümunələri və burada yaşayan əhalinin həyat tərzini əks etdirən eksponatlar haqqında məlumat alıblar. Ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən ekskursiya böyük maraqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb”.






İlk şərhi yaza bilərsiniz