Press "Enter" to skip to content

EMTA-nın sədri Tbilisi Forumunda

EMTA-nın sədri Tbilisi Forumunda

BAYRAQDAR MEDİA – Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının (GNERC) təşkilatçılığı və Enerji Tənzimləyicilərinin Beynəlxalq Konfederasiyasının (ICER) dəstəyi ilə 21-24 sentyabr tarixlərində Tbilisi şəhərində keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda (WFER IX) iştirak edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““Balans əldə edildikdə” (“When Balance is Achieved”) şüarı altında təşkil olunmuş tədbir dünyanın müxtəlif ölkələrindən enerji tənzimləyici qurumların, aparıcı enerji şirkətlərinin və regional assosiasiyaların rəhbər şəxslərini və nümayəndələrini, eləcə də tədqiqatçıları bir araya gətirib. Forumun əsas məqsədi bilik və təcrübə mübadiləsi aparmaq, enerji tənzimlənməsi sahəsində meydana çıxan yeni çağırışlara qoşulmaq, innovativ yanaşmaları araşdırmaq və bu sahədə gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir”.

Tədbir çərçivəsində təşkil olunan sessiyalarda innovasiyalar və enerji keçidi, səmərəli tənzimləmə vasitələri, yanacaq dəyər zəncirinin tənzimlənməsi, regional enerji bazarlarının inteqrasiyası, infrastruktur investisiyaları və şəbəkənin çevikliyi, istehlakçıların hüquqlarının qorunması, elektrifikasiyası mümkün olmayan enerji tələbatının karbonsuzlaşdırılması kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.