Press "Enter" to skip to content

Kuzey Kıbrısdan Recep Tayyip Erdoğana təşəkkür

BAYRAQDAR MEDİA – “Türkiyə Cümhurbaşqanı cənab Recep Tayyip Erdoğanın Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyasında Kıbrıs Türk xalqının hüquqlarını və beynəlxalq statusunu bir daha dünya ictimaiyyətinin gündəminə gətirməsi bizim üçün son dərəcə qiymətlidir. Cənab Erdoğan Kıbrıs Türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınmasının vacibliyini bir daha qətiyyətlə ifadə edib”.

Bunu Kuzey Kıbrıs Tanıtım Platformunun başqanı Okyay Sadıkoğlu deyib.

O, daha sonra bildirib: “Uzun illərdir haqsız təcrid və məhdudiyyətlər altında yaşamaq məcburiyyətində qalan Kıbrıs Türk xalqının yanında dayanan Ana Vətən Türkiyəyə, beynəlxalq platformalarda Kıbrıs Türk xalqının səsini dünya ictimaiyyətinə çatdıran və onun hüquqlarını müdafiə edən cənab Erdoğana Kuzey Kıbrıs Tanıtım Platforması olaraq təşəkkürümüzü bildiririk. Kıbrıs Türk xalqının dünyada layiq olduğu yeri tutması, suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qəbul edilməsi istiqamətində mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.