Press "Enter" to skip to content

Təlim: “Səs terapiyası”

Təlim: “Səs terapiyası”

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Sumqayıt Reabilitasiya Mərkəzi və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində “Səs terapiyası” adlı təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “Sumqayıt Reabilitasiya Mərkəzində müalicə kursu keçən əlilliyi olan şəxslər və gənclərin cəlb edildiyi təlimin məqsədi iştirakçıların psixoloji və emosional rifahının dəstəklənməsi, gündəlik stresin azaldılması, səs və musiqinin rahatlaşdırıcı təsirlərindən istifadə etməklə onların özünüifadə və özünüdərketmə imkanlarının artırılması olub. Mütəxəssislər iştirakçılara səs və musiqinin insanın emosional vəziyyətinə təsiri barədə məlumatlar verib, bu istiqamətdə müxtəlif praktiki məşğələlər keçiblər”.

İştirakçılar səs vasitəsilə rahatlama, diqqətin cəmlənməsi və emosional gərginliyin azaldılmasına yönəlmiş fəaliyyətlərdə iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.