BAYRAQDAR MEDİA – Milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü, 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə Baş Prokurorluğun və ETSN-in rəhbərliyi, əməkdaşları, eləcə də könüllülər iştirak ediblər. Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib”.






İlk şərhi yaza bilərsiniz