Press "Enter" to skip to content

BDYPİ-dən sürücülərə payız-qış mövsümü ilə bağlı xəbərdarlıq

BDYPİ-dən sürücülərə payız-qış mövsümü ilə bağlı xəbərdarlıq

BAYRAQDAR MEDİA – Qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır. Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə şərtlər altında mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə qeyd edilir ki, “odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır. İlk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır”.

Ardınca xəbərdə, “bununla yanaşı, avtomobilin şüşə silgəcləri və şüşəyuyanları, eləcə də xarici işıq cihazları hər zaman işlək vəziyyətdə olmalıdır. Mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bununla yanaşı avtomobilin zəncir və dartı kəndiri ilə təchiz olunmasını təmin etməlidir. Salonda istiliyin təmin edilməsi məqsədilə, müvafiq sistemə, xüsusilə filtirlərə vaxtında baxış keçirilməlidir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.