BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli tədbir təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində təşkil edilən tədbir çərçivəsində 20-yə yaxın şəhid övladı “Dreamland Baku’’ ərazisində yerləşən “Dream Trampoline” əyləncə mərkəzində vaxt keçiriblər. Onlar müxtəlif oyun zonalarından yararlanıb, həmyaşıdları ilə birlikdə vaxt keçirərək xoş anlar yaşayıblar. Tədbir şəhid övladlarının sosiallaşmasına, həmyaşıdları ilə ünsiyyət imkanlarının genişlənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyıb”.






İlk şərhi yaza bilərsiniz