Press "Enter" to skip to content

Küləkli hava ilə bağlı xəbərdarlıq

Küləkli hava ilə bağlı xəbərdarlıq

BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə bildirilir ki, “BDYPİ əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur”.

Ardınca xəbərdə, “açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığı üçün sürcülər sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, ötmə, manevretmə zamanı ehtiyatlı olmalıdırlar. Piyadalar da mövcud hava şəraitini düzgün qiymətləndirməli, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.