Son yeniləmə: 4 Noyabr 2026
BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya – Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclasında iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta və xarici işlər naziri Marqus Tsaxnanın da iştirak etdiyi görüşdə iki ölkə arasında nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional nəqliyyat bağlantılarının inkişafı, eləcə də enerji, ticarət və təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb”.
İclasın yekununda müzakirə olunan məsələləri əks etdirən protokol imzalanıb.






İlk şərhi yaza bilərsiniz