Press "Enter" to skip to content

208 nəfərin diplomu tanınıb

Bayraqdar.info – “Təhsildə Keyfiyyət Təminatı Agentliyi avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Avqust ayı üzrə 281 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.”

Sentyabrın 9-da Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə belə deyilir.

Xəbərdə bildirilir ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15 nəfərin müraciəti mənfi cavablandırılıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 19, digər səbəblər üzrə 12 nəfərin də müraciəti mənfi qərarla yekunlaşıb.

“Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 94, Ukraynadan 72, Türkiyədən 62, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 27 müraciətin olduğu müşahidə olunur.

“Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 36, hüquqşünaslıq üzrə 30, iqtisadiyyat üzrə 25, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 13 nəfər müraciətçi qeydə alınıb.

“Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib.

“Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün taninma.az internet səhifəsinə müraciət edə bilərlər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.