Press "Enter" to skip to content

BDU alimlərinin 3 layihəsi qrant müsabiqəsində qalib olub

BDU alimlərinin 3 layihəsi qrant müsabiqəsində qalib olub

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bunlar “Azərbaycan florasının dərman bitkilərinin ekstraktlarında terapevtik nanohissəciklərin sintezi texnologiyasının işlənməsi və tədqiqi” (layihə rəhbəri – Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov), “Elektron rekonstruksiya və defekt vəziyyətlərinin mühəndisliyi vasitəsi ilə yeni keçirici platformaların dizaynı” (layihə rəhbəri – Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müəllimi Aidə Əhmədova), “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi-mədəni, etno-mədəni irs resurslarının məkan analizi və turizm potensialının qiymətləndirilməsi” (layihə rəhbəri – Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının baş müəllimi Vüqar Dərgahov) layihələridir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.