Press "Enter" to skip to content

Rezidentura imtahanlarının II mərhələsinə qeydiyyat

Bayraqdar.info – Rezidenturaya qəbul olmaq üçün baza fənləri imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) namizədlər imtahanda (II mərhələ) iştirak etmək üçün sentyabrın 9-dan 16-dək lazımi məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən sentyabrın 9-da bayraqdar.info-ya məlumat verilib.

Məlumatda bildirilir ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

“Baza fənləri imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

“İxtisas fənləri imtahanının sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.