Press "Enter" to skip to content

Akademik Musiqili Teatr dünyanın sülh çağırışına qoşuldu – VİDEO

Azərbaycan Dövlət Akademik Musiqili Teatr

Bayraqdar.info – Aprelin 5-10-u tarixlərində Avrasiya Teatr Birliyinin təşkilatçılığı ilə İstambulda Maltəpə Bələdiyyəsi Prof.Dr.Türkan Saylan Mədəniyyət Mərkəzində “Tunçer Cücenoğlu teatr günləri” keçiriləcək.

Bu barədə aprelin 4-də bayraqdar.info-ya Azərbaycan Dövlət Akademik Musiqili Teatrından bildirilib. “”Barışa evet!” şüarı altında dünyanın müxtəlif ölkələrinin mədəniyyət və incəsənət nümayəndələrini birləşdirən bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru, Prezident mükafatçısı İradə Gözəlova təmsil edəcək.

“Beynəlxalq tədbirə yola düşən istedadlı rejissor həm də Teatrın sülh çağırışlı videoçarxını dünyaya çatdırmaqda bir vasitəçi olacaq.

“Qeyd edək ki, festivalın formatına uyğun olaraq hazırlanan bu qısa videoçarxda Akademik Musiqili Teatrın konsertmeysteri, Prezident təqaüdçüsü Kamil Həsənovun müşaiyəti ilə Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyevin ifasında “Ey Vətən!” mahnısı səsləndirilir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.