Press "Enter" to skip to content

Azad edilmiş ərazilərdə mühəndis təminatı – VİDEO

Minalardan təmizləmə

Bayraqdar.info – Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdə mühəndis işləri davam etdirilir.

Müdafiə Nazirliyindən aprelin 4-də bayraqdar.info-ya verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir. Həmçinin, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.

“Azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində mart ayı ərzində 203 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

“İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14 min 600 ha ərazi minalardan təmizlənib. Ümumilikdə 6 min ədəddən artıq piyada əleyhinə, 2 min 100 ədəddən artıq tank əleyhinə və 9 min 300 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

“Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

“Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.