Bayraqdar.info – Aprelin 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Akademiyanın tələbəsi, İkinci Qarabağ müharibəsində şəhid olmuş Tamerlan Mahmudova həsr olunmuş xatirə konserti keçiriləcək.
Akademiyadan bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, konsertdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri və “Detaşe” violinoçular ansamblı çıxış edəcək.









