Bayraqdar.info – Aprelin 4-də müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsi başlayıb.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 2 min 33 nəfər dəvət olunub. Aprelin 4-də keçirilən müsahibələrdə 2022-ci il tədris ilində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, Azərbaycan dili fənləri üzrə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş şəxslər iştirak edəcəklər.
“7 aprel tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq”, – deyə xəbərdə qeyd edilir.









