Bayraqdar.info – DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi də fəaliyyətini İSO standartlarına uyğun qurur.
Bu barədə bayraqdar.info-ya aprelin 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mərkəz öz fəaliyyət sahələrində ISO 9001 (Keyfiyyət İdarəetmə Sistemi. Tələblər), ISO 20000 (İnformasiya Texnologiyaları xidmətlərinin idarəolunması və texniki dəstək) və ISO 27001 (İnformasiya Təhlükəsizliyi üzrə idarəetmə Sistemi) standartlarının tətbiqinə başlayacaq. Fəaliyyətin qeyd olunan standartların tələblərinə uyğunlaşdırılması məqsədilə ilkin olaraq DOST RİM əməkdaşları üçün interaktiv formada təlimlər keçiriləcək.
“Növbəti mərhələdə isə standartların idarəetmə sistemində tətbiqi, habelə informasiya təhlükəsizliyi və risklərin, innovativyeniliklərin idarə edilməsi sistemlərinin yerli və beynəlxalq tələblərə uyğunlaşdırılması və yekun olaraq müəssisənin sertifikatlaşdırılması prosesi təmin olunacaq.
“DOST RİM-in fəaliyyətinin ISO standartına uyğun qurulması Mərkəzin fəaliyyət sahələri üzrə işlərin keyfiyyət səviyyəsinin daha da yüksəlməsinə, innovasiyaların tətbiqi prosesinin və idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində önəmli dəstək olacaq.
“Mərkəz fəaliyyət sahəsinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqini hədəfləyir” – deyə məılumatda qeyd olunur.





