Bayraqdar.info – Aprelin 4-də Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə bayrqdar.info-ya Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.





