Press "Enter" to skip to content

Mingəçevirdə zəhərlənənlərdən 14 nəfəri evə buraxılıb

Zəhərlənmə

Bayraqdar.info – “Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

Bu barədə TƏBİB-dən bayraqdar.info-ya məlumat verilib. Məlumata görə, digər 2 nəfərin isə vəziyyəti stabildir.

“Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.

“Qeyd edək ki, Xəstəxanaya kütləvi zəhərlənmə ilə bağlı müraciətlər aprelin 3-də bir küçədə yaşayan ayrı-ayrı ailələr tərəfindən edilib. Zəhərlənmənin səbəbi araşdırılır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.