Press "Enter" to skip to content

Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib

Sınaq imtahanları

Bayraqdar.info – Aprelin 3-də ümumtəhsil məktəblərinin 6-7-ci sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

Təhsil Nazirliyindən aprelin 4-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 25 minə yaxın şagird iştirak edib.

Şagirdlər 11 aprel tarixindən etibarən 2 mərhələdən ibarət olan fənn müsabiqələrinin nəticələrini saytından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.

Mission News Theme by Compete Themes.