Bayraqdar.info – Aprelin 3-də Macarıstanda keçirilən parlament seçkilərinin qalibi bəlli olub. Belə ki, baş nazir Viktor Orbanın rəhbərlik etdiyi FİDES (Macar Vətəndaş Birliyi) – KDNP (Xristian Demokratik Xalq Partiyası) koalisiyası rəqiblərini geridə qoyub.
Bununla bağlı məlumatda qeyd edilir ki, 8,2 milyondan çox seçicinin qeydə alındığı seçkilərdə 5 milyon 216 min 424 nəfər səsvermədə iştirak edib. Bu da ümumi seçicilərin 67,8 faizi deməkdir. Seçkinin ilkin nəticələrinə əsasən ölkə üzrə səslərin 53,42 faizini qazanan FİDES və müttəfiqi KDNP 199 millət vəkilinin olduğu parlamentdə 134 mandat əldə edib.
Məlumata əsasən hakim koalisiyanın rəqibi olan “Macarıstan üçün Birlik” koalisiyası səslərin 35 faizini qazana bilib. Fides-KDNP ittifaqının və altı partiyanın qurduğu bu müxdali koalisiya ilə yanaşı yeni parlamentdə 6 fazi səs qazanan ifrat sağçı Bizim Ölkəmiz Partiyası (Mi Hazank) da təmsil olunacaq.
Seçkidən sonra partiyası tərəfindən düzənlənən qələbə tədbirində çıxış edən V.Orban bu günə qədərki ən böyük seçki qələbəsini əldə etdiklərini deyib: “”Çok böyük uğur qazandıq. Aydan belə görülə bilinəcək bir zəfər əldə etdik”.
V.Orban bəz xarici güclərin və təşkilatların dəstəyinə rəğmən müxalifətin uğur qazana bilmədiyini də əlavə edib.





