Press "Enter" to skip to content

FHN-in mobil səhra hospitalları qardaş ölkədə xidməti davam etdirir – VİDEO

Azərbaycan həkimi iş başında

BAYRAQDAR MEDİA – Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları təbii fəlakətin ciddi zərər vurduğu Kahramanmaraş bölgəsində fəaliyyətini davam etdirir.

Bu haqda xəbər fevralın 24-də FHN-dən BAYRAQDAR MEDİA-ya daxil olub.

Xəbərdə bildirilib ki, “hospitallarda ötən günlər ərzində ümumilikdə 319-u uşaq olmaqla 1 min 623 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir”.

Mission News Theme by Compete Themes.