BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Rəsul Həşimovla görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən (ETN) daxil olub.
Xəbərdə deyilir ki, “mentorluq proqramı çərçivəsində keçirilən görüş zamanı nazir qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla təcrübəsini bölüşəcəyini, həmçinin potensiallarını üzə çıxarmağa dəstək olacağını bildirib. Görüşdə E.Əmrullayev qalibləri ETN-nin fəaliyyəti, gələcək inkişaf hədəfləri barədə məlumatlandırıb. Nazir son illərdə aparılan təhsil islahatları və bu sahədə inkişafa dəstək olacaq işlər barədə qaliblərin fikirlərini dinləyib.”.
Qaliblər isə öz növbələrində təşəkkür edərək mentorluq proqramı çərçivəsində E.Əmrullayevin şəxsi təcrübəsindən faydalanmaqdan məmnunluqlarını bildiriblər.