Press "Enter" to skip to content

11 ayda qaz hasilatı və ixracı artıb

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-noyabr aylarında 45,8milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropaya 11,7 milyard kubmetr, Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub”.

Məlumatda qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01dekabr 2024-cü il tarixinədək 648,4 milyon tonneft (qaz kondensatı ilə birlikdə), 462,8milyard kubmetr qaz hasil edilib: “Azəri-Çıraq-Günəşli”dən 600,1milyon ton neft,228,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan01 dekabrtarixinədək 646,4 milyon ton neft, 167,6 milyard kubmetr qazixraca nəql edilib”.

Mission News Theme by Compete Themes.