BAYRAQDAR MEDİA – Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyindən məlumat verilib.
Məlumata görə, Lək kəndi ərazisində torpaq qatının yarılması nəticəsində yaranan problem tam aradan qaldırılıb: “Suvarma kanalında canlı qüvvə və ağır texnika vasitəsilə aparılan təmir-bərpa işləri başa çatdırılıb, təhlükəsizlik tədbirləri görülüb. Qeyd edək ki, kanal dağıntısı zamanı yaranmış problem ətraf ərazilərdə heç bir fəsat yaratmayıb”.





