Press "Enter" to skip to content

Tısbağa balaları dənizə buraxılıb

Bala tısbağalar

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş nazirinin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin icazəsi ilə 2008-ci ildən Qazimağusa, Yeniboğaziçi və İskele sahillərində dəniz tısbağalarının izlənilməsi və qorunması layihəsi həyata keçirilir. Doğu Akdeniz Universitetinin (DAÜ) rəhbərliyi ilə davam etdirilən layihə çərçivəsində tısbağaların yuvaları mütəmadi izlənilir, balaların sahilə çıxması və təbii təhlükələrdən qorunaraq dənizə çatması təmin edilir.

Universitetin məlumatına görə, DAÜ Fen və Ədəbiyyat Fakültəsinin Biologiya Elmləri Bölümünün rəhbəri, Sualtı Araşdırma və Görüntüləmə Mərkəzinin (SAGEM) rəhbəri dosent Burak Ali Çiçəyin rəhbərliyi ilə həyata keçirilən layihənin 2026-cı il yay mövsümü üzrə tədbiri DAÜ Dəniz Təsislərində keçirilib.

Tədbirdə District 135 Şimali Kipr Lions Federasiyasına daxil olan klublar dəstək göstərib, çoxsaylı könüllülərlə yanaşı DAÜ rektoru Prof. Dr. Hasan Kılıç da iştirak edib. Rektor dəniz tısbağalarının qorunmasına yönəlmiş layihənin həm ekoloji şüurun artırılması, həm də təbii həyatın mühafizəsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib. O, təbiətin insanlara əmanət etdiyi canlıların qorunması üçün göstərilən hər səylərin dəyərli olduğunu vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.