Press "Enter" to skip to content

Mobil resurslar təhsildə effektivliyi artırır

Mehriban Hacıyeva

BAYRAQDAR MEDİA Bakıdakı 96 nömrəli tam orta məktəbin direktoru, Elektron Tədris Resursları üzrə təlimçi Mehriban Hacıyevanın hazırladığı materialı təqdim edir:

Müasir texnologiya dövründə təhsilin inkişafını həyatımızın hər sahəsində tətbiq olunan mobil resurslardan kənarda təsəvvür etmək olmaz.

Mobil resurslar təhsildə şagirdlər və müəllimlər tərəfindən müasir tədris metodlarını təqdim etmək üçün istifadə olunan çevik, həm də rahat texnologiya və materiallardır. Bu resurslar sayəsində tədris prosesi daha interaktiv, maraqlı və effektiv hala gəlir.

Məktəbdə istifadə edilə biləcək mobil resurs tipləri:

1.Mobil cihazlar: Planşetlər, smartfonlar, noutbuklar və ya xrombuklar

2.Mobil tədris tətbiqləri və platformalar: Google Classroom, Microsoft Teams, Edmodo; Kahoot!, Quizlet, Nearpod kimi interaktiv öyrənmə alətləri; Duolingo (dil öyrənmə), Geogebra (riyaziyyat) və ya Desmos kimi fənnə spesifik tətbiqlər

3.E-kitablar və rəqəmsal materiallar: Elektron dərsliklər, PDF və ya ePUB formatında tədris materialları, rəqəmsal jurnallar və mənbələr

4.İnteraktiv texnologiyalar: Virtual reallıq (VR) və artırılmış reallıq (AR) tətbiqləri, interaktiv lövhələr və onların mobil inteqrasiyası

5.Onlayn resurslar: Video dərslər (məsələn, YouTube Education, Khan Academy), Podcastlar və səsli dərslər, veb-əsaslı tədris materialları.

Mobil resurslardan sinif otağında istifadə etməyin müxtəlif təyinatları var:

1.Dərslərdə mobil tətbiqlərin istifadəsi

•Kahoot! və Quizizz: Testlər və oyun əsaslı öyrənmə üçün istifadə olunur
•Google Forms: Sorğular, viktorinalar və geri bildirim üçün
•EdPuzzle və Flip: Videolar üzərində suallar yerləşdirərək interaktiv öyrənmə təcrübəsi yaradır
•BrainPOP: Mövzularla bağlı animasiyalar və interaktiv fəaliyyətlər təklif edir.

2.Ev tapşırıqları və distant təhsil

•Şagirdlər evdə mobil cihazlar vasitəsilə dərs materiallarına daxil ola bilərlər
•Google Classroom və ya Microsoft Teams üzərindən tapşırıqlar müəllim tərəfindən paylaşılır və qiymətləndirilir.

3. İnteraktiv tədris

•Augmented Reality (AR) və Virtual Reality (VR): məsələn, Co Spaces və ya Merge Cube kimi resurslarla tarix dərslərində qədim şəhərləri “ziyarət” etmək və ya biologiya dərslərində insan anatomiyasına “səyahət etmək” mümkündür
•Rəqəmsal laboratoriyalar: Laboratoriya avadanlığı çatışmadıqda simulyasiya tətbiqlərindən istifadə edilə bilər (məsələn, PhET Interactive Simulations).

4. Qrup işləri və layihələr

•Trello və ya Asana: Şagirdlər qrup layihələrini birgə təşkil edə bilərlər
•Padlet: Şagirdlərin öz ideyalarını paylaşması və birgə işləməsi üçün istifadə olunur.

5. Şəxsi inkişaf üçün öyrənmə proqramları

•Duolingo: Xarici dilləri öyrənmək üçün
•Photomath və ya Socratic: Riyaziyyat və elmi problemləri anlamaq üçün.

6. Məlumat toplama və araşdırma

•Mobil cihazlar vasitəsilə şagirdlər onlayn mənbələrə daxil olaraq araşdırma aparır
•QR kodlar vasitəsilə mənbələrə sürətli keçidlər təmin edilir.

7. Fərdiləşdirilmiş öyrənmə (diffenersiallaşma)

•Mobil resurslar şagirdlərin öz öyrənmə sürətinə uyğun dərs materiallarına daxil olmasını təmin edir
•Adaptiv tədris tətbiqləri (məsələn, Khan Academy) ilə hər bir şagirdin səviyyəsinə uyğun material təqdim olunur.

Mobil resursların faydaları:

1.Məktəbdə tədris keyfiyyətini artırır: Resursların zənginliyi dərsləri daha maraqlı və əhatəli edir

2.Şagirdləri motivasiya edir: Texnologiya istifadəçiləri üçün tanış olan bu resurslar öyrənməyi əyləncəli hala gətirir

3.Dərsləri interaktiv edir: Şagirdlər yalnız passiv şəkildə dinləmək əvəzinə aktiv şəkildə dərsdə iştirak edirlər

4.Fərdiləşdirilmiş təhsil imkanı yaradılır: Hər bir şagird öz ehtiyaclarına uyğun təhsil alır.

5.Distant və hibrid təhsil üçün uyğundur: Pandemiya dövründə mobil resurslar təhsili fasiləsiz davam etdirməyə imkan yaratdı.

Mobil resursların sinifdə istifadəsi dərs prosesində müəyyən çətinliklər də yarada bilər. Mobillik əsrinin şagirdlərinə dərs deyən müəllimlərin üzərinə düşən əsas vəzifə şagirdlərə texnologiyadan yerində və məqsədyönlü istifadə etməyi öyrərməkdir.

İstifadənin etik tərəflərinin şagirdə öyrədilməsi də bu mərhələdə vacib nüanslardandır. Digər bir mühüm məsələ isə məktəbinizin texnoloji imkanlarının bu resurslarla uyğun olduğundan əmin olmaqdır. Dərs prosesində onlayn mənbələrdən istifadə edərkən təhlükəsizlik və məxfilik siyasətini öncədən şagirdlərin nəzərinə çatdırmaq lazımdır.

Məktəb mühitində mobilləşməni məhsuldar şəkildə tədrisə inteqrasiya etmək üçün müəllimlərin elektron tədris resursları ilə işləmək bacarıqlarının yüksək olması şərtdir. İnkişafla ayaqlaşmaq və Z nəslinin öyrənmə ehtiyaclarını qarşılamaq üçün müəllimlər mobil resurslardan effektiv istifadə bacarıqlarını formalaşdıran təlim və seminarlarda iştirak etməli, öz peşəkar inkişaflarını daim təmin etməlidirlər.

Mobil resursların istifadəsi məktəb tədris mühitində innovasiyanı təşviq və müasir təhsil konsepsiyasının tələblərinə uyğun bir yanaşma təmin edir. Bu, şagirdlərdə gələcək üçün zəruri texnoloji, sosial və akademik bacarıqların formalaşmasına təkan verir.

Mission News Theme by Compete Themes.