Press "Enter" to skip to content

Politoloqdan dəyərləndirmə

Telman Nüsrətoğlu

Telman Nüsrətoğlu: Türkiyə dünyada sülh və asayişi bərqərar etmək missiyasını davam etdirir

BAYRAQDAR MEDİA – “Türkiyə dünyada sülh və asayişi bərqərar etmək missiyasını davam etdirir. İndi Orta Doğu, Balkanlar və Afrika kimi coğrafiyalarda bu birləşdirici tarixi ənənə və təcrübəyə böyük ehtiyac var”.

Bunu politoloq, tarix elmləri doktoru, Xəzər Üniversitetinin dosenti Telman Nüsrətoğlu Türkiyədə Somali və Efiopiya arasında sülh razılaşması əldə olunmasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, Türkiyədə Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımı atılıb. Bununla bağlı X sosial şəbəkə hesabından paylaşım edən Türkiyə Cümhirbaşqanı Recep Tayyip Erdoğan aşağıdakıları vurğulayıb: “Təxminən 8 ay əvvəl başladığımız Ankara prosesində mühüm razılaşma əldə etdik. Beləliklə, bəzi inciklikləri və anlaşılmazlıqları birlikdə aradan qaldıraraq, Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq. İnanıram ki, indicə razılaşdırılmış birgə bəyannamə gələcək dövrdə regionda qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, iqtisadi inkişaf və firavanlıq üçün möhkəm zəmin yaradacaqdır” deyib.

Öz növbəsində Telman Nüsrətoğlu bunu olduqca mühüm addım adlandırıb: “Fransız alimi Fr. Qrenardın təbirincə desək, Osmanlı İmperiyası heç vaxt milliyyətlərin toqquşmasına, dini və məzhəb mübarizəsinə icazə verməmişdir. Bu harmoniya ilə türk dövlətləri və Osmanlılar təkcə köhnə imperiyalardan deyil, həm də azadlıq, demokratiya, dünyəvilik və insanlıq ideyalarının ortaq olduğu müasir imperiyalardan daha təkmil və bənzərsiz bir nizama sahib idilər. Bu səbəbdən Osmanlı İmperiyasında xristian tayfalarının üsyan və istiqlal hərəkatları imperialist dövlətlərin hücum və təxribatlarına qədər müzakirə mövzusu deyildi. Başda Türkiyə olmaqla türk dünyasının tolerant, birləşdirici və uzlaşmacı mədəniyyəti ciddi akademik araşdırmalarla dünyaya daha yaxşı izah edilməlidir”.

 

Mission News Theme by Compete Themes.