Press "Enter" to skip to content

Rektordan bələdiyyə avtobusları ilə bağlı qərar

Pamukkale Universiteti

BAYRAQDAR MEDİA – Türkiyədə Pamukkale Universitetinin rektoru Prof.Dr. Ahmet Kutluhan universitet şəhərciyi daxilində bələdiyyə avtobuslarının yaratdığı təhlükəsizlik probleminə diqqət çəkərək mühüm açıqlamalar verib.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, rektor bələdiyyə avtobuslarının kampusa girdiyini, lakin Gölbahçe tərəfinə çıxmadığını xatırladaraq, təhlükəsizlik problemlərinin də bu vəziyyətdən qaynaqlandığını bildirib: “Universitetimizdə təhlükəsizlik problemi yoxdur. Lakin ictimai avtobuslar kampusa daxil olanda təhlükəsizlik problemləri yaranır”.

Rektor Kutluhan bildirib ki, Denizli Böyükşəhər Bələdiyyəsinin müvafiq bölməsi və İnşaat İşləri İdarəsi bu problemi həll etmək üçün birlikdə çalışır.

Bələdiyyə avtobuslarının gələcəkdə şəhərciyə daxil olmayacağını izah edən Prof. Dr. Ahmet Kutluhan kampus daxilində nəqliyyat problemlərini həll etmək üçün layihə tenderi elan etdiklərini açıqlayıb.

Mission News Theme by Compete Themes.