Press "Enter" to skip to content

Bu üsul suya qənaət yaradır

Yeni üsulla suya qənaət edilir

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsinin Park və Bağçalar İdarəsi davamlı şəhərsalma prinsiplərinə əsaslanaraq fəaliyyət göstərir. Bu çərçivədə su sərfiyyatını azaldan “quru peyzaj” üsulu ilə son olaraq Haller Gənclik Mərkəzinin ətrafında abadlıq işləri aparılıb.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “Quru peyzaj üsulunda bitkilərin suvarılmasında damcı sistemindən istifadə olunur. Bu sistemlə yalnız ehtiyacı olan bitkilərə az miqdarda su verilir. Ətrafda isə çüruf və dolomit daşı kimi dekorativ materiallarla müxtəlif naxışlar yaradılır”.

Məlumata görə, beləliklə, az su ilə həm effektiv peyzaj təmin olunur, həm də ərazi estetik cəhətdən göz oxşayır. Böyükşəhər Bələdiyyəsinin bu tətbiqi həm iqtisadi, həm də ekoloji baxımdan faydalar verir. Su sərfiyyatını azaldaraq təbii ehtiyatları qoruyur, eyni zamanda şəhərdəki yaşıl sahələrin keyfiyyətini artırır.

Mission News Theme by Compete Themes.