BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin Sərəncamına əsasən hazırlanmaqda olan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış “Ekoloji məsələlər” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “ETSN-də aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ətraf mühitin mühafizəsi sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub, İşçi Qrupda təmsil olunan və digər aidiyyəti dövlət qurumlarının təklifləri dinlənilib”.





