Press "Enter" to skip to content

Bu cür tədbirləri Türk dünyası üçün olduqca əhəmiyyətlidir-VİDEO

Murat Anar

Son yeniləmə: 11 Oktyabr 2026

BAYRAQDAR MEDİA – “Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə bu il 11-ci Sənədli Film Festivalımızı keçirdik. Festival Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Dünyası Bələdiyyələr Birliyi, TÜRKSOY, TİKA və YTB-nin dəstəyi ilə təşkil olundu. Universitetlər, peşə təşkilatları, vətəndaş cəmiyyəti qurumları və media sahəsində fəaliyyət göstərən çətir təşkilatlar festivalın tərəfdaşları idi. Bu il festivala Türk dövlətləri başda olmaqla, İrandan, Gürcüstandan və Türk coğrafiyasının müxtəlif bölgələrindən 350 film təqdim edildi. Qiymətləndirmə nəticəsində 156 film festivalda iştirak hüququ qazandı”.

Bunu Qazaxıstan mediasına açıqlamasında 11-ci Türk Dünyası Sənədli Film Festivalının Təşkilat Komitəsinin üzvü Murat Anar deyib.

O, qeyd edib ki, müsabiqə tammetrajlı, qısametrajlı, tələbə və ilk dəfə bu il əlavə edilən süni intellekt kateqoriyaları üzrə keçirilib: “Qazaxıstandan festivala iki film qatıldı. Qazaxıstanlı Fariza Tanay “Beautiful” (“Gözəl”) adlı qısametrajlı sənədli filmi ilə üçüncü yerə layiq görüldü. Qazaxıstanlı rejissorların filmlərinin nümayişi və onlarla görüşlər də təşkil olundu. Festival TÜRKSOY-da Türk Dünyasının Gənc Kinematoqrafçılarının görüşü ilə başladı. Hacı Bayram Vəli Universitetində film nümayişləri və müzakirələrlə davam etdi, Keçiörən Bələdiyyəsində keçirilən qala gecəsi və mükafatlandırma mərasimi ilə başa çatdı”.

Murat Anar əlavə edib ki, Türk Dünyası Sənədli Film Festivalı müxtəlif ölkələrdən sənədli film yaradıcılarını bir araya gətirməklə Türk dünyasının mədəni dəyərlərinin, ortaq yaddaşının və kino təcrübəsinin beynəlxalq miqyasda tanıdılmasına töhfə verir: “Bu cür tədbirləri Türk dünyası üçün olduqca əhəmiyyətli hesab edirəm. Yaşasın Türk dövlətləri! Yaşasın Turan!”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.