Press "Enter" to skip to content

İğdırda “Har-ı Bülbül” emalatxanası diqqət mərkəzində

Emalatxana

Son yeniləmə: 11 Oktyabr 2026

BAYRAQDAR MEDİA – Türkiyənin İğdır şəhərindəki Nene Hatun Peşə və Texniki Anadolu Liseyinin şagirdləri Azərbaycanın Qarabağ bölgəsinin və Şuşa şəhərinin rəmzi olan Xarı Bülbül çiçəyini sənət vasitəsilə tanıdıblar.

Bu barədə yesiligdir.com saytı məlumat yayıb.

Bildirilib ki, uşaq inkişafı və əl sənətləri ixtisaslarında təhsil alan şagirdlər çantaların üzərinə çiçək motivləri çəkib, etamin üzərində naxışlar işləyərək Türkiyə-Azərbaycan qardaşlığını və milli mübarizə ruhunu əks etdiriblər. Uşaq inkişafı müəllimi Sura Tekin Xarı Bülbülün Azərbaycanın müstəqillik mübarizəsini və vətən sevgisini simvolizə etdiyini bildirib. Əl sənətləri müəllimi Derya Kısak isə Şuşaya məxsus bu endemik bitkinin əl işləri vasitəsilə şagirdlərə tanıdılmasının faydalı olduğunu vurğulayıb. Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsinin sədri İlteriş Taşkınsu çiçəyin 44 günlük Qarabağ Zəfərindən sonra şəhidlərin xatirəsinin və müstəqillik mübarizəsinin rəmzinə çevrildiyini qeyd edib.

Müəllimlərin rəhbərliyi ilə keçirilən tədbirdə yerli rəsmilər və ictimaiyyət nümayəndələri də iştirak edərək şagirdlərin işləri ilə tanış olublar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.