Press "Enter" to skip to content

Bunu tarixi səfər kimi qiymətləndirmək lazımdır

Əli Orucov

Əli Orucov: DJ. Vensın səfəri Vaşinqtonun regiona böyük önəm verdiyinin və əlaqələrinin genişləndirilməsinin təzahürüdür

BAYRAQDAR MEDIA – “ABŞ vitse-prezidenti. DJ. Vensın İrəvana və Bakıya gerçəkləşdirdiyi 3 günlük rəsmi səfəri tarixi səfər kimi qiymətləndirmək lazımdır. Bu səfər Vaşinqtonun regiona böyük önəm verdiyinin və əlaqələrinin genişləndirilməsinin təzahürüdür”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Əli Orucov deyib.

Onun sözlərinə görə, ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması yeni dönəmin başlanğıcıdır və bu həm də Güney Qafqazda Birləşmiş Ştatların üstün mövqeyə malik olması üçün geniş imkanlar açır: “Dünyanın süper gücünün yüksək səlahiyyətlisinin regiona özü ilə investisiyaların, təhlükəsizlik təminatlarının gətirməsi mürəkkəb dönəmdə böyük əhəmiyyət kəsb edir. Aydındır ki, Rusiya və İran hər vəhclə Güney Qafqazda ənənəvi parçala və höküm sür siyasətini yürütməklə qarşıdurmalar münaqişələr üzərində öz mövcudluğunu saxlamağa çalışır. Tehranın və Moskvanın hədələyici ritorikası və ambisiyaları getdikcə artır. Kreml Rusiya-Ukrayna müharibəsi ilə Batı müttəfiqləri arasında yaranmış fikir ayrılıqlarından, həmçinin Birləşmiş Ştatların İranla gərginliyindən istifadə edərək Güney Qafqazda itirdiyi mövqeyini bərpa etmək istəkləri riskli vəziyyət yaradırdı. Vensın səfərindən sonra bu risklər önləndiyi düşüncəsindəyəm. Bu o deməkdir ki Güney Qafqaz Moskvanın təsir zonasından və asılılığından çıxarılır”.

Ə.Orucov deyib ki, iki dövlət arasında imzalanmış strateji tərəfdaşlıq xartiyası Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müdrik və sistemli xarici siyasətin nəticəsidir: “Sənəddə konkret mexanizmlər, srtukturlaşmış əməkdaşlıq və işçi qrupların platformaları nəzərdə tutulduğundan əlaqələrin dinamik inkişafına təkan verəcək. Diqqət çəkən vacib məqamlardan biri Vensın İlham Əliyevlə səmimi münasibətləri və dünyaya verilən birgə mesajlar oldu. Bu cür səmimi və dostcasına şəxsi münasibətlər heç şübhəsiz ki gələcək münasibətlərdə və əməkdaşlıqda da öz təsirini göstərəcək”.

Mission News Theme by Compete Themes.