Bu dəfə mühəndislər bir araya gələcək
BAYRAQDAR MEDİA – 5-8 may tarixlərində Bakıda IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçiriləcək. Tədbir türk dünyasının mühəndislik, texnologiya və ticari əməkdaşlıq potensialını yeni və daha strateji bir mərhələyə daşımaq məqsədilə keçirilir.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, “JW Marriott Absheron” otelində keçiriləcək tədbirdə 500-dən çox nüfuzlu sahibkarın iştirak edəcəyi gözlənilir. Bu mötəbər tədbir regionun ən güclü ticari diplomatiya platformalarından biri kimi qiymətləndirilir.
Məlumatda daha sonra deyilir ki, Haktan Mazmanoğlunun koordinasiyası ilə təşkil olunan zirvə, ənənəvi tədbirlərdən fərqli olaraq “Dövlət-Universitet-Sənaye Birliyi” modelini rəhbər tutur. Zirvə mühəndislik layihələrinin birbaşa ticari dəyərə çevrilməsini hədəfləyir.










İlk şərhi yaza bilərsiniz