Press "Enter" to skip to content

Qarsda arıçılıq mövsümü başlayıb

BAYRAQDAR MEDİA – Qarsda yaz fəslinin gəlişi ilə birlikdə təbiət canlanarkən, bölgənin əsas dolanışıq sahələrindən biri olan arıçılıqda da fəallıq artıb. Ata-babadan qalma peşəni davam etdirən arıçılar havaların isinməsi ilə birlikdə arı yeşiklərinin baxım və qidalanma işlərini sürətləndiriblər.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, Kağızman rayonunda qışı ağır şəraitdə keçirən arılar üçün yaz mövsümü xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə arıçılar yeşikləri təmizləyir, arı ailələrinin sağlam şəkildə istehsala hazırlanmasına çalışırlar.

Arıların güclənməsi üçün onlara şərbət və əlavə qidalar verilir. Arıçılar bildirirlər ki, bu mərhələdə görülən işlər bal məhsuldarlığına birbaşa təsir göstərir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.