Son yeniləmə: 6 May 2026
BAYRAQDAR MEDİA – Quzeydoğu Anadolu Karyera Sərgisi (KUDAKAF-26) bu il Kafkas Üniversitesinin Elm Kommunikasiyası Ofisi tərəfindən həyata keçirilən “Bir qurtum elm: Qəhvə fasiləsində kəşf et” layihəsi ilə elm və karyeranı fərqli bir konseptdə bir araya gətirib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, Ebru Kuşçu Sırın koordinatorluğu ilə qurulan stend sərgi boyunca gənclərin və ziyarətçilərin ən çox maraq göstərdiyi məkanlardan birinə çevrilib. Karyera yolunda olan gənclərə elmi fasilə təqdim etməyi hədəfləyən layihə çərçivəsində qəhvə stəkanlarının üzərinə yerləşdirilən, süni intellektdən robotik cərrahiyyəyə, karyera psixologiyasından rəqəmsal dünyaya qədər 100 fərqli elmi qeyd iştirakçılarla paylaşılıb.






İlk şərhi yaza bilərsiniz