Son yeniləmə: 6 May 2026
BAYRAQDAR MEDİA – Aprelin 9-da keçirilən növbədənkənar parlament seçkilərində “İrəliləyişçi Bolqarıstan” siyasi birliyinin qələbə qazanmasından sonra, xüsusilə xarici şərhçilər başda olmaqla bir çox şəxslər Rumen Radevi macar lider Viktor Orbanla müqayisə etməyə başlayıblar.
Bu barədə Radio Bolqarıstanın məlumatında qeyd edilib.
Məlumatda deyilir ki, vitse-prezident İliyana Yotova ilə aparılan məsləhətləşmələr zamanı “İrəliləyişçi Bolqarıstan” parlament qrupunun rəhbəri Petır Vitanov Bolqarıstanın xarici siyasətində heç bir dəyişiklik olmayacağını qəti şəkildə bəyan edib.
BGNES-in yaydığı məlumata görə, P.Vitanov bildirib: “Rumen Radev artıq 9 ildir ki, demək olar, bütün Avropa liderlərinin razılaşdığı çox aydın mövqelərə malikdir.”
O, bu mesajın verilməsinin bir neçə səbəbdən zəruri olduğunu vurğulayıb.
P.Vitanov qeyd edib ki, “Dünyada köklü dəyişikliklərin baş verdiyi bir şəraitdə tərəfdaşlarımız bilməlidirlər ki, yeni hökumət qarşısında da etibarlı, proqnozlaşdırıla bilən və sadiq müttəfiq tapacaqlar”.






İlk şərhi yaza bilərsiniz