Press "Enter" to skip to content

Mühəndislər arasında beynəlxalq əlaqələri gücləndirmək üçün növbəti addım

Kollaj

Bakı şəhərində IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçirilib

BAYRAQDAR MEDİA – Bu həftə Bakının türk dünyası ilə bağlı bir sıra tədbirlərə ev sahibliyi etməsi ilə yadda qalacaq. Belə tədbirlərdən birində də türk dünyasının mühəndisləri bir araya gəıib.

Bu barədə Türkiyə-Azerbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyindən (TÜİB) verilən məlumatda qeyd edilib.

TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat

Məlumatda deyilir ki, Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı, TÜİB-in tərəfdaşlığı ilə Bakı şəhərində IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçirilib. Zirvə Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.

Məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Kuzey Kıbrıs Türk Cümhuriyyətindən mühəndislər, akademiklər, dövlət rəsmiləri və iş dünyasının nümayəndələrinin qatıldığı tədbirdə ortaq texnologiyalar, mühəndislik təhsili, süni intellekt, enerji, kibertəhlükəsizlik, müdafiə sənayesi və dayanıqlı inkişaf mövzuları müzakirə olunub.

Tədbir zamanı
Tədbir zamanı

Zirvənin açılış mərasimində Türk Mühəndislər Dərnəyinin sədri Yaşar Yekebağcı, KOBİA sədri Orxan Məmmədov, ASK prezidenti Məmməd Musayev, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, Türkiyə Kamu-Sen Genel Başkanı Önder Kahveci, AK Parti sədrinin Türk Dövlətləri Təşkilatı ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu, AK Parti Xarici Əlaqələr üzrə sədr müavini Levent Ali Yıldız, millət vəkilləri Şamil Ayrım və Yaşar Yıldırım, eləcə də digər rəsmi şəxslər çıxış ediblər.

AK Parti sədrinin Türk Dövlətləri Təşkilatı ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu
AK Parti sədrinin Türk Dövlətləri Təşkilatı ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu

Zirvə çərçivəsində “Türk Dünyasında Ortaq Mühəndislik Təhsili”, “Müdafiə Sənayesi”, “Enerji, Mühəndislik və Dayanıqlılıq”, “Zəlzələyə Dayanıqlı Tikililər”, “Türk Dövlətlərində Kibertəhlükəsizlik” və “Türk Dünyası Süni İntellekt” mövzularında panel və sessiyalar təşkil olunub. Sessiyalarda müxtəlif ölkələrdən tanınmış professorlar, mühəndislər və sahə mütəxəssisləri çıxış edərək təcrübələrini bölüşüblər.

Tədbir çərçivəsində iştirakçılar arasında B2B görüşlər, universitet və sektor ziyarətləri, həmçinin Bakı şəhər turu da təşkil olunub. Zirvənin əsas məqsədi türk dünyasında elmi və texnoloji əməkdaşlığı genişləndirmək, ortaq layihələrin hazırlanmasına töhfə vermək və mühəndislər arasında beynəlxalq əlaqələri gücləndirmək olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.