BAYRAQDAR MEDİA – Iğdır Universiteti və İl Kənd Təsərrüfatı və Meşəçilik Müdirliyi tərəfindən “Iğdırın kənd təsərrüfatı problemləri və həll təklifləri” çalıştayı olub.
Bu barədə universitetdən məlumat verilib
Bildirilib ki, iki gün davam edən tədbirdə alimlər, dövlət nümayəndələri və istehsalçılar iştirak ediblər.
Toprak strukturu, suvarma, bitki sağlamlığı və heyvandarlıq kimi sahələr üzrə problemlər və həll yolları müzakirə olunub. Qısa, orta və uzunmüddətli strategiyalar müəyyən edilib.
Tədbirdə kənd təsərrüfatının inkişafı üçün rəqəmsal texnologiyalar, ağıllı suvarma sistemləri və istehsalın artırılması prioritet kimi göstərilib.






İlk şərhi yaza bilərsiniz