BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin rektoru Prof. Dr. R. Cüneyt Erenoğlu 22-ci Beynəlxalq TAŞFED Qastronomiya Festivalında qızıl medal qazanan Gökçeada Peşə Yüksək Məktəbinin tələbələri Emine Elçin Uğur və Merve Güvercini qəbul edib. Görüşdə məktəbin rəhbərliyi və müəllimləri də iştirak ediblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektor tələbələrin yarışmaya hazırlanmasında əməyi olan müəllimlərə təşəkkür edib və əldə olunan uğurun universitet üçün böyük qürur mənbəyi olduğunu bildirib. O, mükafat qazanan tələbələri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.






İlk şərhi yaza bilərsiniz