Press "Enter" to skip to content

Baş Konsuluq ağac əkib

Ağacəkmə zamanı

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti ilə Yaponiyanın İstanbul Baş Konsulluğunun birgə təşkilatçılığı ilə iki ölkə arasında mədəni və akademik əlaqələrin inkişafına həsr olunmuş tədbir keçirilib. Proqramda Yaponiyanın İstanbul üzrə baş konsulu IWAMA Ryoji, universitet rəhbərliyi, akademik heyət və tələbələr iştirak ediblər.

Universitetin məlumatına əsasən, tədbir çərçivəsində Yaponiya mədəniyyətində dostluq və yenilənmənin rəmzi hesab olunan Sakura ağacı universitet ərazisində əkilib. Çıxışlarda Türkiyə ilə Yaponiya arasında diplomatik və mədəni əlaqələrin akademik əməkdaşlıqlarla daha da möhkəmləndiyi vurğulanıb. Universitetin beynəlmiləlləşmə strategiyası və mədəniyyətlərarası əlaqələr istiqamətində fəaliyyəti tədbirin əsas mövzularından biri olub.

Xüsusilə Təhsil fakültəsi nəzdində fəaliyyət göstərən Yapon dili müəllimliyi proqramının bu sahədə mühüm töhfələr verdiyi bildirilib.

Tədbirin sonunda qonaqlar tanıtım stendlərini ziyarət edib və xatirə fotosu çəkdiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.