Press "Enter" to skip to content

III Kəlağayı Festivalı Sumqayıtda

BAYRAQDAR MEDİA – “Şəhərsalma və Memarlıq ili” çərcivəsində həyata keçirilən “III Kəlağayı Festivalı” nın davamı bu dəfə Sumqayıt şəhərində keçiriləcək. 1 iyun 2026-cı il tarixində saat 15:00-da Heydər Əliyev adına istirahət parkında təşkil olunacaq Festival milli-mədəni irsimizin təbliği baxımından əlamətdar tədbirlərdən biri olacaq.

Bu barədə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyindən məlumat verilib.

Məlumata görə, festival Sumqayıt Şəhər İcra Hakimiyyəti, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Kəlağayı Ev Muzeyi və İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək: “Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşəbbusü ilə artıq ənənə halını alan festival Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayı sənətinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Festivalda Kəlagayı Ev Muzeyinin qədimi və müasir kəlagayıları sərgilənəcək. Eyni zamanda Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənət əsərləri və rəssam Gülnarə Məmmədovanın rəsm işləri sərgilənəcək”.

Tədbirdə milli musiqi və folklor nümunələrindən ibarət konsert təqdim olunacaq. Qonaqlara Azərbaycanın zəngin folklor ənənələri və milli musiqi mədəniyyəti nümayiş etdiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.