Press "Enter" to skip to content

Türk dünyasının ortaq mədəni yaddaşı müzakirə edilib

Son yeniləmə: 25 May 2026

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti ilə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin birgə təşkil etdiyi proqram Ankarada keçirilib. Tədbirdə türk dünyasının ortaq tarixi yaddaşı, mədəni irsi və davamlı inkişaf mövzuları ön plana çıxarılıb.

Bu barədə verilən məlumatda qeyd edilib ki, proqramda Azərbaycan səfirliyinin nümayəndələri, TİKA, TÜRKTAV təmsilçiləri, alimlər və tələbələr iştirak ediblər: “Tədbir çərçivəsində türk mifologiyası və ekoloji mövzuları əhatə edən xüsusi moda nümayişi və musiqi proqramları təqdim olunub. ÇOMÜ rektoru Prof. Dr. R. Cüneyt Erenoğlu Çanaqqala və Qarabağın türk dünyasının ortaq simvolları olduğunu vurğulayıb. O, Qarabağ Zəfərinin türk dünyasının ortaq yaddaşında mühüm yer tutduğunu bildirib”.

Tədbirin türk dünyası ilə Türkiyə arasındakı mədəni əlaqələrin güclənməsinə töhfə verdiyi qeyd olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.