Ömer Çelik: Türkiyə ilə Azərbaycan arasına girməyə çalışan bəzi ölkələr var, buna qətiyyən imkan verməyəcəyik
BAYRAQDAR MEDİA – Türkiyə ilə Azərbaycan arasında hər hansı bir gərginliyin olub-olmaması ilə bağlı iddialara rəsmi Ankaradan aydın və qəti cavab verilib.
Bu barədə X sosial şəbəkə hesabında yayılan paylaşımda qeyd edilib.
Paylaşımda da vurğulandığı kimi AK Parti sözçüsü Ömer Çelik iki qardaş ölkə arasındakı münasibətlərlə bağlı mühüm açıqlamalar verərək bildirib: “Azərbaycanla ‘bir millət, iki dövlət’ şüarına sadiqik. Prezidentimiz ilə cənab Əliyev arasında səmimi və sarsılmaz qardaşlıq münasibəti mövcuddur”.
Ömer Çelik iki dövlətin birliyinə kölgə salmaq istəyən dairələrə xəbərdarlıq edərək əlavə edib: “Araya girməyə çalışan bəzi ölkələrə qətiyyən imkan verməyəcəyik. Türkiyədə sosial şəbəkələrdə Azərbaycanı hədəf alan qrupların hökumətimizlə heç bir əlaqəsi yoxdur; bu cür təxribatçı cəhdlərə də əsla göz yummarıq”.
AK Parti sözçüsü vurğulayıb ki, Bakı ilə Ankara arasındakı bağları xarakterizə edən yeganə anlayış qardaşlıqdır və hər iki ölkə eyni sarsılmaz həmrəyliklə öz yoluna qətiyyətlə davam edəcək.






İlk şərhi yaza bilərsiniz