Press "Enter" to skip to content

Qaya qartalları kameraların obyektivinə düşüb

Qartal

BAYRAQDAR MEDİA – İğdır-Qars və Ermənistan sərhədi boyunca uzanan, Aras çayının həyat verdiyi Aras vadisi zəngin biomüxtəlifliyi və vəhşi təbiəti ilə diqqət çəkir.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, çoxsaylı quş növlərinə ev sahibliyi edən vadidə qayalıq sütunlarda yuva quran qaya qartalları da bölgənin təbii zənginlikləri sırasındadır: “Göydə süzərək vadinin üzərində uzun müddət qanad çalan qaya qartalları təbiətsevərlərin və fotoqrafların obyektivinə düşüb. Vadinin sıldırım qayalıqları və geniş təbii əraziləri, xüsusilə yırtıcı quşlar olmaqla, bir çox canlı növü üçün mühüm yaşayış məkanı yaradır. Aras vadisinin səmasında süzən qaya qartalları bölgənin vəhşi təbiətinin ən diqqətçəkən görüntülərindən birini təşkil edir”.

Məlumata əsasən, təbii həyatın qorunması baxımından mühüm əhəmiyyət daşıyan Aras vadisi müxtəlif canlı növləri ilə təbiətsevərlərin marağını cəlb edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.